backend

"General Polad Həşimovun adı məktəblərdən birinə verilə bilər" - DEPUTAT

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev iyulun 30-da Qəbələ rayonuna səfəri zamanı Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimovun adının küçəyə verilməsi barədə tapşırıq verib. Bakıda Polad Həşimovun adının əbədiləşdirilməsi üçün onun adı hər hansı məktəbə verilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, Polad Həşimov Həzi Aslanovdan sonra döyüşdə həlak olan ikinci generalımızdır: “General-mayor Polad Həşimov müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olub.

Bilirsiniz ki, Polad Həşimova general rütbəsini şəxsən cənab prezident İlham Əliyev şəxsən özü təqdim edib. Polad Həşimov şəhid olduqdan sonra ailəsinə göstərilən diqqət və adının əbədiləşdirilməsi məsələsi də cənab prezidentin diqqətindədir. Qəbələdə səfərdə olarkən cənab prezident bununla bağlı mövqeyini açıqladı. Artıq rayonda onun adının əbədiləşdirilməsi və yaxınlarına, qohumlarına daim qayğı ilə əhatələnməsi üçün göstəriş verildi. O ki, qaldı Bakıda da Polad Həşimovun adının əbədiləşdirilməsi üçün məktəbə və ya hər hansı müəssisəyə onun adının verilməsini də mən mümkün hesab edirəm. Bu istiqamətdə iradəni artıq mən görürəm. Düşünürəm ki, bu məsələ öz həllini tapa biləcək. Təbii ki, bununla bağlı qərarı deputatlar deyil, hökumət verir. Hesab edirəm ki, bu məsələdə hökumətin qərarını gözləmək lazımdır. Bu cür qərarlar birdən-birə verilmir. Düşünülmüş, şəhidin, generalın adına layiq addımlar olmalıdır. Heç şübhəsiz ki, bu yanaşmanın özünü göstərəcəyini düşünürəm”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*