General Rusiyanı hədələdi: “Qarşıdurmanın qabağını alacağıq”backend

General Rusiyanı hədələdi: “Qarşıdurmanın qabağını alacağıq”

“Kosmos müharibə meydanına çevrilir, Rusiya və Çin ABŞ-ın peyklərini məhv edə biləcək silahlara sahibdir”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Kosmik Qüvvələrinin komandanı, general Con Reymond deyib.

“Hər kəsə məlumdur ki, kosmos hava, torpaq və dəniz kimi müharibə meydanıdır. Bu, son bir neçə ildə baş verir. Bizi davamlı olaraq hədələyən həm Çin, həm də Rusiya ya peyklərimizin işini poza biləcək, ya da onları məhv edə biləcək silahlar əldə edib”, – general söyləyib.

O, kosmosda böyük güclər arasında qarşıdurmanın gücləndiyini, ABŞ-ın isə bunun qarşısını almaq istədiyini vurğulayıb.

Con Reymond ABŞ-ın peyklərdə və digər obyektlərdə ehtimal olunan fəlakətlərin qarşısını almaq üçün “kosmosun bələdçisi” rolunu oynamaq və baş verənləri idarə etmək niyyətində olduğunu da söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*