Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində, o cümlədən Moskvanın səyləri sayəsində uğurla irəliləyir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib: “Qərbin dağıdıcı hərəkətlərinə qarşılıq olaraq Rusiya Cənubi Qafqaz regionunda konstruktiv tədbirlər həyata keçirir. Dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişi göz qabağındadır”.
Gerasimov bildirib ki, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonu arasında dövlətlərarası sərhəd xəttinin ən çətin hissələrindən birinin demarkasiyası artıq başa çatıb.
Vəli Həsənoğlu,
KONKRET.az