“İki il əvvəl Türkiyənin Ermənistana qarşı tələblər qoyduğu aydın idi”.
KONKRET.az xəbər verir ki, bu fikri erməni politoloq Stepan Danielyan səsləndirib.
O, həmin tələbləri aşağıdakı ardıcıllıqla sadalayıb:
– Qarabağdan imtina,
– Ermənistanın nəzarəti olmadan Zəngəzur dəhlizinin təmin edilməsi;
– Konstitusiyaya dəyişiklik etmək;
– gerbi dəyişdirmək və Ağrı dağının şəklini silmək,
– “Erməni Soyqırımı”nın tanınması prosesindən imtina etmək;
– “Erməni soyqırımı qurbanları”nın xatirəsinə ucaldılmış abidənin sökülməsi;
– məktəb dərsliklərinin redaktəsi,
– Məktəblərdə icbari fənnin – türk dilinin tətbiqi.
Erməni politoloq əlavə edib ki, hazırki hakimiyyət addım-addım bu planları həyata keçirir.
“Dünən Paşinyanın gerblə bağlı çıxışı, ondan əvvəl isə Ağrı dağı ilə bağlı fəlsəfi müzakirələri təsadüfi deyildi. Növbəti fəlsəfi çıxışımız soyqırımla bağlı olacaq”, – deyə Stepan Danielyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Paşinyan erməniləri (hayları) qorumaq istəyir
Bəli 🗿