Gərginlik artır: İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldıbackend

Gərginlik artır: İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Bu gün Rusiya Xarici İşlər Nazirliyi İsrail səfiri Aleksandra Ben Çvini danışıq üçün çağırıb və İsrail Hərbi Hava Qüvvələrinin iyunun 10-da Dəməşqə hücumu ilə bağlı açıqlama tələb edib.

KONKRET.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov indiyə qədər verilən izahatların Kremli qane etmədiyini açıq şəkildə bildirib və Rusiyanın Suriyanın başqa ölkələrin “döyüş meydanına” çevrilməsinə icazə verməyəcəyini deyib.

Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Boqdanov hücum zamanı rusların uçuş-enmə zolağına, naviqasiya avadanlıqlarına və hava limanı strukturlarına ziyan vurduğuna görə “dərin narahatlığını” ifadə edib. “BMT-nin milyonlarla suriyalıya humanitar yardımının ötürülməsi də pozulub”, – deyə nazirlik bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*