“Gərginlik bir neçə həftə davam edə bilər” – Rubiobackend

“Gərginlik bir neçə həftə davam edə bilər” - Rubio

ABŞ dövlət katibi Marko Rubio ərəb ölkələrindən olan həmkarları ilə apardığı qapalı telefon danışıqları zamanı İranla davam edən hərbi münaqişənin müddəti barədə danışıb.

KONKRET.az “Axios” nəşrinə istinadən xəbər verir ki, dövlət katibi regiondakı gərginliyin hələ bir neçə həftə davam edəcəyini bildirib.

Qeyd edək ki, Rubionun sözügedən açıqlaması Ağ Ev daxilində əməliyyatın gələcəyi ilə bağlı yaranan fikir ayrılıqları fonunda diqqət çəkib. Belə ki, ötən gün CNN nəşri bəzi müşavirlər və yaxın müttəfiqlərin Donald Trampı artıq İran üzərində qələbə elan etməyə və hərbi fazanı yekunlaşdırmağa çağırdığını bildirmişdi:

“Tramp administrasiyası aydın fəaliyyət planı olmadan uzunmüddətli müharibəyə sürüklənməyin siyasi fəsadlarından ciddi narahatlıq keçirir. Amerika əsgərləri arasındakı itkilər, artan benzin qiymətləri və fond bazarındakı qeyri-sabitlik Trampın seçki kampaniyası zamanı verdiyi vədləri təhlükə altına qoyur. Buna baxmayaraq, prezident əvvəlki çıxışlarında ABŞ-nin “limitsiz silah ehtiyatına” malik olduğunu və qeyri-müəyyən müddətə döyüşməyə hazır olduğunu bəyan etmişdi”.

Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar nəticəsində İranın hərbi və nüvə infrastrukturu ağır zərbələr alıb.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*