Pensiyalarda 9,2 faizlik artım təsdiqləndi. İndi isə diqqətlər sosial müavinətlərə və veteranlara ödənilən yardımların taleyinə yönəlib. Maraqlıdır, veteran müavinətlərində artım gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı artıq rəsmi qərar mövcuddur və pensiyalar müvafiq qaydada artırılacaq.
Onun sözlərinə görə, indeksləşmə yalnız pensiya və əməkhaqqı kimi daimi ödənişlərə tətbiq olunur:
“Əmək pensiyaları indeksləşmədən sonra həmin faiz qədər artırılacaq. Bu barədə qərar var. Lakin sosial müavinətlər, o cümlədən veteran müavinətləri pensiya hesab olunmadığı üçün indeksləşməyə tabe deyil. Çünki bunlar sosial yardım xarakteri daşıyır”.
V.Oruc qeyd edib ki, indeksləşmə anlayışı inflyasiya səviyyəsi, istehlak səbətindəki dəyişikliklər və orta əməkhaqqının əvvəlki illə müqayisədə artımı kimi göstəricilərə əsaslanır:
“İndeksləşmə yalnız daimi ödənişləri əhatə edir. Hər hansı sosial yardımdan söhbət gedirsə, o, indeksləşmir. Sadəcə olaraq, sosial yardımın məbləği ayrıca qərarla artırıla bilər”.
Ekspert əlavə edib ki, Azərbaycan sosial dövlət olduğu üçün indeksləşmədən sonra sosial müavinətlər və veteranlar üçün müəyyən olunmuş ödənişlərin artırılması məqsədəuyğun olardı:
“İndeksləşmənin sosial müavinətlərə aidiyyəti yoxdur. Amma dövlət tərəfindən bu müavinətlərin artırılması istiqamətində ayrıca qərarların qəbul edilməsi arzuolunandır”.
Aynurə İsmayıl
KONKRET.az


Mən Əhmədalyeva Turanə Hüseynağa qızı Qəbələ rayon Vəndam qəsəbə sakini 6uşaxm var ama sosial yardım almaq üçün müraciət etmişəm ala bilmirəm 6usaxa göre sosial müavinət alram dolana bilmirəm heç olmasa uşaq pulu artsa sevinerem yataq xəstəsidir anam xaiş edirəm kömək edin
Salam
Salam menim yoldaşım vetrandi bir qızım işləyir onu. Pulda azpulmat tutur atası xetdedi dermanlar o qumun maşına alıram xayyis edirem.komek edin
Bu Ölkədə hər bir şey tərsinədir niyə həmişə əmək pensiyaçıların pensiyaları durmadan artır ama sosial Müavinətlər artırılmır Dünyada deyərdim ki, Sizin kimi paxıl insanlar yoxdur bicdikdə isə bütün Dünyanı Azərbaycan geridə qoyar heç mənim rəhmətlik atam invalid adamidi əmək Veteranıidi təvəllüdlü 1921 idi canın qoymuşdu kalxozda ölüb qəbr evinə kimi O, pensiya almadı onun stajın götrüb hesablasaydılar bəlkədə yalan olmasın Dövlətin ona kifayət qədər borcu olacağdı ama bugünkü gündə evimdə özümdən başqa iki xəstə var biri qaraciyər xəstəsi obirisi isə Eplesiya xəstəsi özümdə iki dəfə kliniki ölüm keçirmişəm iki dəfə əməliyyat olmuşam ama Dövlətdən bir manatda gəlirim yoxdur ömürlük dərmanlarla yaşayıram müraciət etdim mənə heç O, sosial yardım da vermədilər ki, heç olmasa aylıq dərmanlarımı ala bilim.
Bu ölkədə yaşamağa dəymir əlbəttə bütün ölkələrdə veteranlar üçün hörmət var tək bizdə yoxdur 80 manat heçnədir torpaqlar uğrunda can qoyanlara bu qədər hörmət qoyurlar çox acınacaqlı ölkəmiz var indi isə Ermənistana yardımlar göndərir neft,qaz,arpa və s. Hanı şəhidlərin xatirəsi? Hanı hörmət? Indi qardaş olublar heç yaraşmır ayıb olsun)
Как выжить на 220 манат и
оплачивать коммунальные услуги вовремя?
220 манат ниже прожиточного минимума.
А если заболеешь то вообще конец .
Mən 44 günlük vətən müharibəsinin veteranıyam və tələb edirəm ki veteran pulu qalxsın bəsdir daha 80 manat komunal üçün nəzərdə tutulub ama aylıq komunal pulu 80 manatdan çox edir bəsdirin bu biyabırçılqdı canımızı qoyduq biz Qarabağda bu qədər haqsızlıqa son qoyun yaşıya bilmirik sürünürük qalib xalq deyirler bele qalib xalq olmur kasıblar sürünen xalqdır yetər artıq!!!
Salam mən ikinci qrup əliləm 250 azn sosial pensiya alıram 5 nəfərlik ailəyəm 250 aznlə dolanmaq olmur bularıda artırında nolarki 3 uşaq böyüdürəm
Qiymətləndiricilər Cəmiyyəti ???
“Tarixi Nadiri” axıra kimi oxusam da belə bir cəmiyyətin varlığından xəbərim yoxdur.
Mən 180 manat 3cü qrup əlillik pensiyasını alıram, gələn aydan 220 olmalıdır təzə qərara görə və yaşıma görə iş tapa bilmirəm. Bəs belə halda necə dolanım bilmirəm.
Salam adi Seymur 2 usaqim var usaqlari anasi artiq uc ildirki rehmete gedib menede isleyen bilmirem KİRAYEDE qalmiram 420 manat pul verir dovlet orta yasayisi nezere alsaq bir adama 260 70azn dusur men heç kaminal heç kire heçm yemeye nece catiriqm orta insanin yasamaqicun 270 manat nezere tutulb amma mene 140 verir adam basna tox terse mayalaq sistemdir 0773590693 bu da nomrem yigoin gelin baxin sef direm ya duz
Siz yazan qanunlar başınıza dəysin.27il stagı 24il 7ay etdilər və220m təyin etdilər.Heç işləməyən və mən 220m alırıq.Hansı ədalətdən danışırsız?????
Yoldaşım 1-ci qrup müddətsiz əlildir. Yataqdadı. 5 uşaq anasıyam. Rayonda 2013 ve ildə uçmuş evimizi tikmək istədim. Amma kirayədə olduğumuz üçün Maddi çətinliklərimiz var..
Əliləm 180 azıylə dolana bilmirəm 250 350 edin hecomasa insan olduğumu birazda olsa bilim nökərik əliləm yaşiya bilmirəm bir qolum işdəmir 180 azeylə dolana bilmirəm