“Geri çəkilməyəcəyik. İstənilən hərəkətin qarşısı alınacaq” – AÇIQLAMAbackend

“Geri çəkilməyəcəyik. İstənilən hərəkətin qarşısı alınacaq” - AÇIQLAMA

Ermənistanın sərhəddəki şousunu müxtəlif aspektlərdən şərh edən ekspertlərin fikrincə, düşmən ölkə bununla dünya ictimaiyyətinin diqqətini cəlb etmək niyyətindədir. Politoloqlar hesab edir ki, ermənilərin məqsədi Azərbaycanın imicinə zərbə vurmaqdır.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynov da bu fikirdədir:

“Ermənistan tərəfi məqsədli şəkildə Azərbaycana qarşı qarayaxma və çirkin kampaniyalar həyata keçirir. Yük avtomobillərinin icazəsiz Azərbaycan sərhədinə yaxınlaşması, burada siyasi şounun təşkil edilməsi dediklərimizə sübutdur. Əsas məqsəd də Azərbaycanı ləkələmək, ölkəmizin humanitar prinsiplərə riayət etmədiyini göstərməkdir. Digər tərəfdən, Laçın sərhəd-buraxılış məntəqəsində erməni terrorçunun saxlanılması, onun Meşəlidə törətdiyi cinayətlərinin sübuta yetirilməsi Azərbaycanın suveren hüququdur. Lakin Ermənistan tərəfi bunu sanki Azərbaycanın günahsız bir şəxsi saxlaması kimi qələmə verir.

Bu mövzuda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında da telefon danışığı olub. Cənab Prezident regionda gedən prosesləri dəqiq şəkildə ABŞ dövlət katibinin diqqətinə çatdırıb. Məsələ bundan ibarətdir ki, Ermənistan tərəfi yalan və saxta məlumatları yaymaqla özü üçün müsbət siyasi dividend qazanmağa çalışır və Azərbaycanın həqiqətləri bildirməsinə qarşı çıxır. Bu isə informasiya müharibəsinin yeni mərhələsidir və hazırda əsas prioritet informasiya savaşında qalib gəlməkdir. Ermənistan tərəfi çoxsaylı bu cür həmlələr edəcək və digər güc mərkəzlərini də regiona cəlb etməyə çalışacaq. Ermənistanda akkreditasiya olunan bütün diplomatların və Avropa İttifaqının mülki missiyasının sərhəddə cəmləşdirilməsi, onların müşahidə aparılmasına şərait yaradılması Ermənistanın məqsədlərini ortaya qoyur. Buna görə də Azərbaycan tərəfi sosial şəbəkələrdə, diplomatik kanallarda və ən yüksək səviyyədə fəallığını gücləndirməlidir ki, erməni yalanları, erməni təbliğat maşınının ölkəmizə qarşı fəaliyyətini susdurmaq mümkün olsun”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*