Gideon Saar Azərbaycana gələcəkbackend

Gideon Saar Azərbaycana gələcək

İsrailin xarici işlər naziri Gideon Saar tezliklə Azərbaycana səfər etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, o, bu barədə X səhifəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünü şərh edərkən yazıb.

G.Saar qeyd edib ki, M.Cabbarovla danışıqlar zamanı ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planı və Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə edilib:

“Həmçinin Bakı ilə dərinləşən ikitərəfli və iqtisadi əlaqələri müzakirə etdik. Yaxın zamanda Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Biz qarşılıqlı münasibətlərimizi gücləndirməyə davam edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*