Gimnastlarımız dünya çempionatında tarixi uğura imza atdıbackend

Gimnastlarımız dünya çempionatında tarixi uğura imza atdı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

KONKRET.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*