İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girovlar azad edilmədən Qəzza zolağında atəşkəs olmayacaq.
KONKRET.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Bir şeyi də bilmənizi istəyirəm ki, girovlar qaytarılmadan atəşkəs olmayacaq. Biz bunu düşmənlərimizə və dostlarımıza deyirik.Onları məğlub edənə qədər davam edəcəyik. Düşünürəm ki, bu gün hamı bunu başa düşür”, – Netanyahu deyib.
Qeyd edək ki, İsrail-Fələstin müharibəsi başlayandan bu yana Qəzza zolağında ölənlərin sayı 9,7 min nəfəri keçib, 24,8 mindən çox insan yaralanıb.
Ariz Həsənoğlu,
KONKRET.az