Google yerli xəbərləri maliyyələşdirəcək – YENİ MÜQAVİLƏbackend

Google yerli xəbərləri maliyyələşdirəcək - YENİ MÜQAVİLƏ

Google şirkəti Kaliforniya qanunvericiləri ilə ştatda yerli xəbərləri maliyyələşdirmək üçün razılığa gəlib.

Hansı ki, əvvəllər qurum bu qanun layihəsinə etiraz etmişdi.

KONKRET.az xəbər verir ki, müqavilənin şərtlərinə görə, Google hökumətin “süni intellektin sürətləndirilməsi proqramı”na, eləcə də yerli xəbərlərə dəstək fonduna on milyonlarla dollar ianə edəcək. Müqavilə nəticədə qanunvericilərlə Google arasında aylarla davam edən mübahisəyə son qoyub. Xatırladaq ki, şirkət Kanada və Avstraliyada qəbul edilən buna bənzər qanuna qəti şəkildə qarşı çıxıb. Bu ilin əvvəlində axtarış nəhəngi ştatda “qısamüddətli sınağa” başlayıb və nəticədə Kaliforniyadakı bəzi istifadəçilər üçün yerli xəbər bağlantıları silinib. Şirkət həmçinin ştatda yerli xəbər xərclərinin bir hissəsini dayandırıb. Politico-nun məlumatına görə, yeni müqaviləyə əsasən, şirkət ən azı 55 milyon dolları Kaliforniya Universitetinin Jurnalistika Məktəbində fəaliyyət göstərən qeyri-kommersiya ictimai xeyriyyə təşkilatına köçürəcək.

Google, həmçinin mövcud jurnalistika proqramlarına beş il ərzində 50 milyon dollar bağışlayacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*