Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az Report-a istinadla xəbər verir ki, rayonun Muzdurlar kənd sakini, 2002-ci il təvəllüdlü M.Rafiyev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.
Qardaşı tərəfindən xəstəxanaya çatdırılan M.Rafiyev artıq əməliyyat olunub, vəziyyəti kafi qiymətləndirilir.