Goranboyda gənc qadını maşın vurdubackend

Goranboyda gənc qadını maşın vurdu

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, Cəlilabad rayon sakini, 2000-ci il təvəllüdlü Aysun Sədrəddin qızı Kərimovanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

A.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*