İki qadını bıçaqlayan şəxs tutuldu – YENİLƏNİBbackend

İki qadını bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

Goranboyda iki xanımı bıçaqlayan şəxs saxlanılıb.

KONKRET.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü rayon sakinləri – Solmaz Ələkbərova və Sevanə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinən 1995-ci il təvəllüdlü Zeyvə kənd sakini Murad Rəsulov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

İlkin informasiyaya görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

11.06.2022 / 23:02

Goranboy şəhərində 2 qadın bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü S.Hüseynova və həmyaşıdı S.Ələkbərova bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*