Goranboyda karantini pozan Bakı sakinləri məsuliyyətə cəlb edildibackend

Goranboyda karantini pozan Bakı sakinləri məsuliyyətə cəlb edildi

Goranboyda xüsusi karantin rejimini pozan Bakı sakinləri inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən  Bakı şəhər Qobustan rayon sakinləri Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsui icazəyə malik olmadan tərk etdiklərini aşkar edib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat həddində cərimə edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*