Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Saatlı rayon sakini, 1961-ci il təvəllüdlü G. Məhərrəmov idarə etdiyi “Toyota” markalı minik maşını idarəetməni itirib. Nəticədə, maşın yoldan çıxaraq bir neçə metr yol kənarında olan su arxına düşüb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Ona hadisə yerinə gələn təcili tibbi yardım birqadasının əməkdaşları kömək ediblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.