Goranboyda kişinin həyat yoldaşını “Range Rover” markalı avtomobillə qəsdən vurub, daha sonra bıçaqla qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.
KONKRET.az-ın məlumatına görə, hadisə tərəflər arasında ailə münaqişəsi zamanı baş verib.
Məlumata görə, Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Mehman Süleymanov 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə birlikdə Bakı şəhərində yaşayırmış. Onlar Novruz bayramı ilə əlaqədar rayonun Qızılhaclı kəndinə gəliblər. Burada ərlə arvadın arasında mübahisə düşüb. Nəticədə 37 yaşlı Əfsanə Məmmədova küsərək anasının yaşadığı Dəlməmmədli kəndinə gəlib. Qadın bir neçə gün imiş anası gildə qalırmış. Bu gün isə Mehman Süleymanovla aralarında baş verən mübahisəyə aydınlıq gətirmək üçün qayınanası gilə gəlib. Nəticədə onların arasında mübahisə düşüb. Bu zaman qadın küçəyə qaçıb. Həyat yoldaşı isə onun arxasınca idarə etdiyi “Range Rover”lə gedib. O, öncə qadını avtomobilə vurub, daha sonra isə ona bir neçə bıçaq xəsarəti yetirib.
Qadın ətrafdakıların köməkliyi ilə Gəncə yerləşən xəstəxanaların birinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hər iki şəxsin bu evlilikdən 3 övladı var. Mehman Süleymanova Əfsanə Məmmədova xala oğlu xala qızı olublar. Hadisəni törədən 45 yaşlı Mehman Süleymanov Polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
17:14
Goranboyda həyat yoldaşı tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan qadın dünyasını dəyişib
KONKRET.az xəbər verir ki, Goranboy rayonunun Dəliməmmədli şəhərində rayonun Qızılhacılı kənd sakini 1977-ci il təvəllüdlü Mehman Süleymanov tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
***
15:07
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi “Range Rover” markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra bıçaqlayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır./apa