Vladimir Putinlə Stiven Uitkoff arasında faydalı və konstruktiv söhbət olub.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, tərəflər arasında Ukraynadakı müharibə və Rusiya ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri məsələsi müzakirə olunub.
Uşakov danışıqların təfərrüatını açıqlamayaqdan imtina edib, bildirib ki, nəticə barədə heç Trampın özü belə məlumatlı deyil.