Göyçayda evində narkotik gizlədən keçmiş məhkum saxlanıldı – FOTObackend

Göyçayda evində narkotik gizlədən keçmiş məhkum saxlanıldı - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evində narkotik vasitə və psixotrop maddə gizlədən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nişad Musayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, onun şəhər ərazisindəki yaşadığı ünvana baxış keçirilərkən oradan satış məqsədilə saxladığı heroin, tiryək, qurudulmuş marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Nişad Musayev barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*