Göyçayda kişi kafedə GÜLLƏLƏNDİbackend

Göyçayda kişi kafedə GÜLLƏLƏNDİ

Göyçay rayonunda güllələnmə hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.

Göyçay sakini, 1979-cu il təvəllüdlü Cavanşir Şükürov ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun kim tərəfindən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*