Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum oldubackend

Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum oldu

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.

Bu barədə KONKRET.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Göyçay rayonunda 5 tələbə qızın zəhərlənməsi ilə bağlı məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*