Göyçayda tövlə yandı: Mal-qara və ev quşları tələf oldubackend

Göyçayda tövlə yandı: Mal-qara və ev quşları tələf oldu

Göyçay rayonunda tövlədə yanğın olub, iribuynuzlu heyvan və ev quşları tələf olub.

KONKRET.az xəbər verir ki, hadisə Çayarxı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Bilal İbrahimova məxsus ümumi sahəsi 160 kvadratmetr olan tövlə yanıb. Nəticədə tövlə içərisindəki 825 ədəd 33 ton ot bağlaması ilə birlikdə tamamilə yanıb.

Bundan əlavə, orada iki baş inək və 45 baş ev quşu yanaraq tələf olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*