Göyçayda vətəndaşlardan odlu silahlar götürüldübackend

Göyçayda vətəndaşlardan odlu silahlar götürüldü

Göyçay rayonunda vətəndaşlardan odlu silahlar götürülüb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə tədbirlər keçirilib.

Keçirilən əməliyyat tədbirləri ilə rayon sakinlərindən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*