Göyçə (Geqarkunik) mahalında erməni kişi həyat yoldaşını intihara sürükləməkdə ittiham olunub.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın İstintaq Komitəsi yayıb.
Qeyd olunur ki, avqustun 13-də Basarkeçər (Vardenis) rayonunun kəndlərindən birində 36 yaşlı qadının meyitinin yaxınlıqda “Makarov” tapançası aşkar edilib.
Əməliyyat məlumatları işlənərkən faciənin bəzi təfərrüatları aydın olub. Müstəntiqlərin fikrincə, ər vaxtaşırı arvadını döyüb, alçaldıb, şərəf və ləyaqətini təhqir edib, təzyiq göstərib, ruhi iztirab və ağrılar verib.
Kişi hüquq-mühafizə orqanlarına müraciət edəcəyi təqdirdə zorakılıqla hədələyib. Depressiyaya düşən arvad “Makarov” tapançası ilə özünü güllələyib.
Daxil olan məlumat əsasında onun ərinə qarşı ittiham irəli sürülüb.
Natiq Səlim,
KONKRET.az