Göygöldə iki erməni saxlanıldıbackend

Göygöldə iki erməni saxlanıldı

“Göygöl rayonunun Çaykənd kəndində iki erməni saxlanılıb”.

Konkret.az  xəbər verir ki, bununla bağlı xəbəri “gununsesi.org” saytı yayıb.

Saytın verdiyi məlumata görə, Rusiya vətəndaşı olan erməni ər və arvad kənddə foto çəkərkən diqqəti cəlb edib.

Saxlanılan zaman məlum olub ki, milliyyətcə erməni olan bu şəxslər Rusiya pasportu daşıyır.

Onlar turist kimi Gəncədə qalırmış. Hazırda onlar Göygöl rayonuna gətirilib.

Qeyd edək ki, Çaykənd kəndi düşmənlə təmas xəttindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*