Göygöldə silahlı şəxslər fermadan oğurluq etdilərbackend

Göygöldə silahlı şəxslər fermadan oğurluq etdilər

Göygöldə fermadan oğurluq hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıblar.

Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Hazıra fermada anasız qalan 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Ancaq təsərrüfat sahibinin sözlərinə görə analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*