Gözəllik kraliçası qəzada həyatını itirdibackend

Gözəllik kraliçası qəzada həyatını itirdi

2012-ci ildə “Miss Pakistan” tacını qazanan Zanib Navid avtomobil qəzasında həlak olub. 

KONKRET.AZ bildirir ki, bu barədə “Life.ru” xəbər yayıb.

Bildirilib ki, ABŞ-ın Merilend ştatında polislər gecəyarısı “Baltimor Avenyu” küçəsində çevrilmiş “Mercedes-Benz” aşkarlayıblar.

Qəzaya düşmüş avtomobilin yanında isə Zanibin meyiti olub. İlkin məlumatlara görə, döngədə qızın avtomobili səkiyə çırpılıb, bundan sonra maşın çevrilərək əks istiqamətdə yola çıxıb.

Maşında qızdan başqa heç kim olmayıb. Zanibin qanında spirt aşkarlanmayıb. Qız Nyu-Yorkun Pomona bölgəsində yaşayırdı. Təxmini hesablamalara görə, evə çatması üçün onun 4 saatı qalıbmış.

Həmin vaxt Kopenhagendə olan Zanibin əri Əli Heydər Şah isə baş verənlərə inana bilmir.

Qeyd edək ki, Zanib Navid 2011-ci ildə Nyu-Yorkda Peys Universitetini bitirib. 2012-ci ildə isə Kanadada keçirilən “Miss Pakistan dünya” müsabiqəsində qalib olub. Sonra o, öz ölkəsini  “Planet gözəli” müsabqəsində təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*