Gözəllik salonunda 58 minlik lazer aparatını çəkiclə sındırdılarbackend

Gözəllik salonunda 58 minlik lazer aparatını çəkiclə sındırdılar

Bakıda əmlakı qəsdən məhv edən şəxslər tutulub.

KONKRET.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58.000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*