Güclü külək əsəcək – sarı və narıncı xəbərdarlıqbackend

Güclü külək əsəcək - sarı və narıncı xəbərdarlıq

Fevralın 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ağdam, Salyan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Ağcabədi, Cəlilabad, Mingəçevir, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Göygöl, Goranboy, Naftalan, Samux, Zərdab, İmişli, Füzuli, Beyləqan, Bərdə, Yevlax, Tərtər, Qax, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qusar, Xaçmazda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Neftçala, Qobustan, Hacıqabulda isə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*