Güclü külək Mingəçevirdə agacları aşırdı – FOTOLARbackend

Güclü külək Mingəçevirdə agacları aşırdı - FOTOLAR

Güclü külək Mingəçevirdə agacları aşırıb.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, gecə saatlarında başlayan güclü külək şəhərin bəzi istiqamətlərində ağacları tam və ya qismən yollara aşırıb.

Təbiətin fəsadları əsasən RəsuL Rza, İslam İslamzadə, Üzeyir Hacıbəyov, Yaşar Muradov və Müşfiq Rəhimov küçələrində qeydə alınıb.

Rəsul Rza küçəsində aşan ağac hətta elektrik veriliş xəttinin üzərinə düşüb. Təsərrüfat müəssisələri fəsadları aradan qaldıraraq, yıxılan ağacları ərazidən daşıyıb.

Ehtiram Muradov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*