Güclü küləklə bağlı daha bir XƏBƏRDARLIQbackend

Güclü küləklə bağlı daha bir XƏBƏRDARLIQ

“Ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclü olması ehtimalı var”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova KONKRET.az-a bildirib ki, bu səbəbdən daha ehtiyatlı davranmaq tövsiyə olunur:

“Hava  məlumatlarını diqqətlə izləyin, gün ərzində küləyin güclənəcəyi proznozunu unutmayın. Bir daha xatırladırıq ki, uşaqları nəzarətsiz  buraxmayın, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın.

Tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq məsləhətdir.

Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*