Türkiyənin Elazığ vilayətində yenidən zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətdə baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 9.36 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.