Gülay üçüncü dəfə xərçəng olduğunu öyrəndibackend

Gülay üçüncü dəfə xərçəng olduğunu öyrəndi

1990-cı illərdə məşhur olan müğənni Gülay uzun müddətdir mübarizə apardığı böyrək xərçəngindən sağalmışdı.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, bir vaxtlar hər kəsin dilində əzbər olan “Cesaretin var mı aşka?” mahnısının ifaçısı yenidən xərçəngə yoluxub.

2019-cu ildə çoxlu orqan çatışmazlığı ilə mübarizə aparan Gülay müalicədən xilas ola bilmir.

Pandemiya qadağalarının yumşaldılmasından istifadə edən müğənni Bodruma bacısının yanına istirahətə yollanıb. Halı pisləşən sənətçi xəstəxanaya yerləşdirilib. Həkimlər uşaqlıq yolu xərçəngindən şübhələnib. Alınan analizlərin nəticəsi şübhələnilən kimi çıxdığı üçün müğənni İstanbula gətirilib.

Gülay xəstəxanaya yerləşdirilərək yenidən əməliyyat olunacaq./Axsam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*