Gültəkin Hacıbəylinin Mehdiyevlə bağlı bu çıxışı REKORD QIRIR: Müxalifətçi “Boz kardinal” haqda nələr deyib? – VİDEObackend

Gültəkin Hacıbəylinin Mehdiyevlə bağlı bu çıxışı REKORD QIRIR: Müxalifətçi "Boz kardinal" haqda nələr deyib? - VİDEO

“Ramiz Mehdiyev “sözün həqiqi mənasında həssas ürəyə sahib” və “insan seçmək qabiliyyəti yüksək olan” şəxsdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri sabiq deputat, hazırda müxalifətdə olan Gültəkin Hacıbəyli səsləndirib.

“Ramiz Mehdiyev çox sərraf adamdır. İnsan seçməyi, insanları qiymətləndirməyi sərraf dəqiqliyi ilə bacarır. Ramiz müəllimlə yol getməyən insanların bir qalereyasını yaradaq, onlara baxaq, bu insanları təhlil edək, sonda görərik ki, onların əksəriyyəti Azərbaycan dövlətinə xəyanət ediblər,” – Hacıbəyli bildirib.

Sabiq deputat əlavə edib ki, bəzi şəxslər məsuliyyətsiz addımlar atmaqdan çəkinirlərsə, bunun səbəblərindən biri məhz Ramiz Mehdiyevin qiymətləndirmə gücündən ehtiyat etmələri ilə bağlıdır.

Qeyd edək ki, videonu TV1 kanalı yayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*