Ermənistanda Şirak rayonunun Axuryan icmasında saat 01:30-da naməlum şəxs S.Saqradyanın başına küt əşya ilə arxadan vuraraq yüngül xəsarətlər yetirib. Bundan sonra o, hadisə yerindən qaçıb.
KONKRET.az xəbər verir ki, bu barədə respublikanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib. İbtidai istintaq davam edir.
Zərərçəkən şəxs Gümrü şəhəri meriyasının keçmiş məmuru Saak Saqradyandır.
Natiq Səlim,
KONKRET.az