Gümüşün qiyməti son 14 ildə rekord həddə çatıbbackend

Gümüşün qiyməti son 14 ildə rekord həddə çatıb 

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi – red.) 2025-ci ilin dekabr ayı üzrə gümüş füçerslərinin qiyməti 2011-ci il mayın 2-dən bəri ilk dəfə 1 Trua unsiyası üçün 48 dollardan yuxarı olub.

KONKRET.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 17:12-yə olan məlumata görə, gümüşün qiyməti 1.45% artaraq 1 Trua unsiyası üçün 48.01 dollar təşkil edib.

Eyni zamanda, “Comex” birjasında qızıl füçerslərinin qiyməti 3 917.9 dollar (+0.68%) səviyyəsində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*