Gündə 400 milyon dollar – Rusiya Ukrayna ilə müharibəyə hər gün bu qədər pul xərcləyir.
KONKRET.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb. Məlumatda Rusiyanın bir gündə müharibəyə 400 milyon dollar xərclədiyi bildirilir.
Ən çox baha başa gələn Ukraynaya atdığı mərmilər və raketlərdir. Rus əsgərlərinin maaşları ən kiçik xərc maddələrindən biridir.
Rusiya tərəfdən müharibənin dəyərini üç komponentə bölmək olar:
ordu üçün vəsait;
avadanlıq xərcləri;
işğal rejiminin saxlanılması.
İctimai məlumatlara görə, Rusiya ordusunun müqaviləli əsgərlərinə Ukraynadakı müharibəyə görə ayda 200-300 min rubl maaş və əlavə ödənişlər (gündəlik 53 dollar və döyüş maaşı) təklif olunur.
Müharibədə iştirak edən hər bir əsgərə orta hesabla gündə təxminən 200 dollar xərclənir. Rusiya ordusunun təxmini sayı 100 min nəfərdir.
Yəni, qoşunların ödənilməsi üçün gündəlik xərc təxminən 20 milyon dollardır. Bu, ölən və yaralananlara ödənilməli olan təzminat məbləğindən xeyli azdır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hər gün Ukraynada orta hesabla 270 rus əsgəri ölür.
Onların hər biri üçün hərbçi ailəsi 7,4 milyon rubl, təxminən 110 min dollar almalıdır.
Yaralıların sayı təxminən iki dəfə çoxdur – gündə təxminən 500 əsgər. Kompensasiyanın məbləği 3 milyon rubl təşkil edir.
Belə ki, Rusiya Federasiyasının büdcəsi hər gün yaralanan və həlak olan hərbçilərin kompensasiyasına təxminən 50 milyon dollar xərcləməlidir.
Rusiya mərmi və raketlərə daha çox pul xərcləyir. Rusiya qoşunları gündə təxminən 1000 dollara (Sovet kalibrinin orta qiyməti) başa gələn 50.000-ə qədər mərmi istifadə edir.
Həmçinin Ukraynada da düşmən hər gün 20-yə yaxın raket atır. Onların dəyəri bir neçə yüz min dollardan (Tochka-U, X-59) 10 milyon dollara və ya daha çox (X-101, X-47 “Xəncər”) dəyişir.
Amma çox vaxt düşmən hər biri 3 milyon dollara “İsgəndər”, 6,5 milyon dollara “Kalibr” və 1-2 milyon dollar dəyərində daha ucuz Sovet Kh-22 və Kh-55 raketlərindən istifadə edir.
Bir raketin orta qiyməti təxminən 3 milyon dollardır.
Ordunun saxlanması üçün mütəmadi olaraq döyüş sursatı (patron, qumbara, gülləkeçirməz jilet, geyim və s.) və qoşunlar üçün təchizat materialları (yanacaq, ərzaq, ehtiyat hissələri) lazımdır.
Rusiyanın dəqiq xərclərini müəyyən etmək çətindir, lakin əvvəllər bildirilmişdi ki, hərbi təlimlər zamanı Rusiya Federasiyası onları keçirmək üçün gündə təxminən 10 milyon dollar xərcləyib. Həqiqi müharibə və uzanan tədarük zəncirlərində bu vəsaitlər ən azı iki dəfə böyükdür.
Bu məlumatlardan xəbər tutan ruslar hökuməti tənqid etməyə başlayıb. Yoxsulluq səviyyəsinin günü-gündən artdığını müharibə xərcləri ilə əlaqləndiriblər.
Onları indi bir sual maraqlandırır ki, hakimiyyət “xüsusi hərbi əməliyyatı” niyə başladıb və nə üçün bu qədər davam etdirir?
Xuraman Etibarlı,
KONKRET.az