Güneyli milli fəala 6 il həbs cəzası verildibackend

Güneyli milli fəala 6 il həbs cəzası verildi

İranda Tehran İnqilab Məhkəməsi Azərbaycan Milli Hərəkatının fəalı Ramin Əliniyanı 6 il müddətinə azadlıqdan məhrum edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, güneyli fəal “toplaşmaq və əlbir olmaq”, “ölkənin təhlükəsizliyinə zidd fəaliyyət göstərmək” və “İslam Respublikası quruluşuna qarşı təbliğat aparmaq” maddələri ilə ittiham olunub.

R.Əliniya bundan əlavə iki il ərzində siyasi partiyalara, qruplara və təşkilatlara üzv olmaq, sosial şəbəkələrdən istifadə, mediaya açıqlama vermək və s. hüququndan məhrum edilib, həmçinin ona ölkəni tərk etmək qadağan olunub.

Xatırladaq ki, Ramin Əliniya ötən ilin noyabrında Ərdəbil şəhərində həbs edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*