Gürcü müxalifəti hökümət rəsmilərinə müraciət etdi: “Özünüzü və ailənizi…”backend

Gürcü müxalifəti hökümət rəsmilərinə müraciət etdi: "Özünüzü və ailənizi..."

Gürcüstanın müxalifət partiyaları beynəlxalq sanksiyalardan yayınmaq üçün hökumət rəsmilərini ölkənin Aİ və NATO-ya daxil olması uğrunda mübarizəyə qoşulmağa çağırıb.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə müxalifət bəyanat yayıb.

Bəyanatda hökumət rəsmilərinə özlərini və ailələrini sanksiyalardan qorumaq imkanının olduğu vurğulanıb: “Haqqın tərəfinə keşin!”.

Gürcü müxalifəri Gürcüstanın konstitusiyasını, suverenliyini və azadlığını, eləcə də ölkənin Avropa və Avro-Atlantik gələcəyini qorumaq üçün göstərdiyi “sabit və səmərəli səylərə” görə ABŞ-yə təşəkkür ediblər. Onlar Vaşinqtonun qərarını “oliqarx İvanişvili hökumətinin zorakılıqla cavab verdiyi azad Gürcüstan vətəndaşlarının daimi, prinsipial, dinc etirazının” nəticəsi kimi qiymətləndiriblər.

“Gürcü Arzusu” hakim partiyası isə bəyan edib ki, ABŞ-nin sanksiyaları Gürcüstanın Aİ-yə qoşulması prosesinə mane olmayacaq və yalnız Vaşinqtonun özünə zərər verəcək.

Partiyanın bəyanatında bildirilib ki, hazırda Aİ-yə namizəd iki ölkənin – Serbiya və Bosniya və Herseqovinanın yüksək vəzifəli şəxsləri ABŞ-nin sanksiyalarına məruz qalır, lakin hər iki ölkə Aİ-yə qoşulma prosesini davam etdirir və bununla bağlı heç bir maneə yoxdur”.

“Gürcü Arzusu” bilirib ki, ölkənin suverenliyini və təhlükəsizliyini alver predmetinə çevirmək niyyətində deyil. “Heç bir şantaj bizi ölkəmizə qarşı addım atmağa məcbur edə bilməz. Belə bir vəziyyətdə sanksiyalar yalnız əks-effekt verir və sanksiya tətbiq edən şəxsin özünə zərər verir”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*