“Gürcüstan Avropa İttifaqına Moldova və Ukraynadan daha tez üzv olacaq”.
KONKRET.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı danışıqlar 2024-cü ildə başlaya bilər.
“Biz bütün aspektlərdə – demokratiya, insan haqları, iqtisadiyyatda irəlidəyik. Biz bütün sahələrdə Ukrayna və Moldovanı 10 dəfə qabaqlayırıq”, – o deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az