“Gürcüstan bu gündən Avropa dövlətidir” – Qaribaşvilidən Rusiyanı qəzəbləndirəcək BƏYANATbackend

"Gürcüstan bu gündən Avropa dövlətidir" - Qaribaşvilidən Rusiyanı qəzəbləndirəcək BƏYANAT

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqının (Aİ) ölkəsinə namizəd statusu verməsi ilə bağlı açıqlama verib.

KONKRET.az-ın məlumatına görə, o bildirib ki, Gürcüstan bu gündən Avropa dövlətidir.

Hökumət olaraq xüsusilə 2012-ci ildən Gürcüstanın Aİ-yə inteqrasiyası istiqamətində ciddi səylər göstərdiklərini xatırladan Qaribaşvili bu uğurun gürcü xalqına məxsus olduğunu bildirib.

Qaribaşvili ictimaiyyəti Aİ-nin qərarını qeyd etmək üçün sabah Tbilisidə Azadlıq meydanında keçiriləcək bayram tədbirinə dəvət edib.

  • Vuqar Məmmədoglu
    Dekabr 16, 2023 - 13:58

    GÜRCÜSTANI təbrik edirəm!

  • Haller
    Dekabr 16, 2023 - 21:32

    Halaldir…!Tebrikler!!!👍

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*