Cənubi Qafqaza soxulmaq istəyən Fransa öz niyyətinə çatmaq üçün real addımlarını davam etdirir. Ermənistan ərazisində müşahidə missiyasını yerləşdirən Avropa Birliyinin nümayəndələri arasında Fransa jandarmalarının çoxluq təşkil etməsi də təsadüfi deyil. Fransanın Ermənistanda hərbi-siyasi mövcudluğu bununla bitmir. Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda israr edən Fransa Ermənistanı silahlandırmaqla bölgədə hərbi balansı da dəyişmək niyyətindədir. Artıq Fransanın Ermənistana göndərdiyi silahlar Gürcüstan vasitəsilə Ermənistana daşınır. Deməli, Qərb Cənubi Qafqazda müharibə riskini saxlamaqda maraqlıdır.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Fransa hər vəchlə regionda öz maraqlarını qoruyub-saxlamaq və bunu məhz Ermənistan hesabına reallaşdırmaq niyyətindədir:
“Ermənistan yalnız alət və vasitədir. Qərb öz məqsədinə çatmaq üçün ermənilərə siyasi dəstəklə yanaşı, hərbi dəstək də göstərir. Gürcüstanın Poti limanı üzərindən hücum xarakterli zirehli maşınların Ermənistana verilməsi göstərir ki, rəsmi Paris regionda müharibə riskini və hərbi cəhətdən qüvvələr balansını bərabərləşdirməyə çalşır. Paris ilk növbədə Ermənistanla dostluğunu və qardaşlığını nümayiş etdirərək, daxili auditoriyada ermənilərin rəğbətini qazanmağa çalışır. Çünki Makron ikinci dəfə prezident seçiləndə Fransadakı ermənilər qarşısında öhdəlik götürmüşdü. İndi sanki onlara qarşı vəfa borcunu yerinə yetirməyə çalışır”.
Fransa silahlarının Ermənistana Gürcüstan üzərindən daşınmasına da toxunan ekspert bildirib ki, bu məsələdə Gürcüstanın Avropa İttifaqına namizədliyi rol oynaya bilər:
“Gürcüstan 44 günlük Vətən müharibəsi dövründə öz ərazisindən silah daşınmasına icazə verməmişdi. Azərbaycan bunu çox yüksək qiymətləndirdi və hökumətin bu davranışı dost addımı kimi dəyərləndirildi. Onların hazırkı yanaşması isə qeyri-dost addımıdır. Aydındır ki, bu silahlar, texnikalar Azərbaycana qarşı yönələcək. Çünki Ermənistan hazırkı status-kvonu qəbul etmir, reallıqlarla barışmır. Ölkəmizə qarşı hər müstəvidə, hər platformada riyakar və həqiqətdənuzaq açıqlamalar, bəyanatlar eşidirik. Gürcüstan da Ermənistana dəstək göstərməklə regionda təhlükə riskini artırır. Xatırlayıram ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili neytral vasitəçi olduğunu qeyd etmişdi. Bu, qeyri-dost hərəkəti Gürcüstanın vasitəçilik imkanlarını da sıfıra endirir. Burada bir neçə faktoru nəzərdən keçirirəm. Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizədliyinin qeydə alınmasının məsələyə birbaşa aidiyyəti var. Gürcüstan buna qədər silahların ötürülməsinə, logistik dəstəyə tərəddüd edirdi. Görünür, Tbilisi öz mövqeyində korrektələr edib. Digər bir komponent Salomi Zurabaşvilinin adı ilə bağlıdır. Çünki o, əvvəllər Fransa vətəndaşı olub. Yəni bütün faktlar ciddi şəkildə nəzərdən keçirilməli və adekvat addımlar atılmalıdır”.
Vəli Həsənov,
KONKRET.az
Siz gürcü faşitliyini niyə unudubsunuz? Qamsaxurdiya svanetiya vəhşi gürcülərinin köməyi ilə Dmanisi və digər rayonlardan azərbaycan türklərini necə didərgin saldılar, neft borusu çəkiləndə bizə nə qiymətlər oxudular (borjom dərəsi), dəmir uolunu biz təmir elədik, qazı ucuz qiymətə satdıq ….biz onlara can dedikcə onlar bizə azar dedilər!!!!!!!!!!!! ….nə tez unutduq bunları. Bu xərcləri gürcü cındırlarına xərcləməyə dəyərdimi….? indi də dəridən qabıqdan çıxırlar ki Zəngəzur açılmasın…gürcü ömrü boyu türkün düşməni olub və bu belə də qalacaq….Bir azdan bu cındırlar başqa oyunlara başlayacaqlar….Hazır olun!!! Yazıq Millətim!!