Gürcüstan NATO və Avropa İttifaqı ilə bağlı QƏRAR VERDİbackend

Gürcüstan NATO və Avropa İttifaqı ilə bağlı QƏRAR VERDİ

Gürcüstan NATO və Avropa İttifaqından uzaqlaşır.

KONKRET.az xəbər verir ki, mərkəzin əməkdaşlarından birinə göndərilən rəsmi məktuba əsasən, 2025-ci il iyulun 1-dən Gürcüstanda NATO və Aİ üçün İnformasiya Mərkəzi bağlanacaq.

“Sizə bildiririk ki, 2025-ci il iyulun 1-dən publik hüquqi şəxsin – NATO və Avropa İttifaqının İnformasiya Mərkəzinin ləğvi planlaşdırılır”, – məktubda deyilir.

Gürcüstan Xarici İşlər Nazirliyinin açıqladığı kimi, yenidən təşkil edildikdən sonra mərkəzin funksiyaları departamentin mərkəzi aparatına veriləcək.

Eyni zamanda mərkəzin Kvemo Kartli regionu üzrə nümayəndəsi Temur Sukaşvili bu məsələdə Rusiyanın əl izini görüb və ölkə liderlərinin kursu tamamilə dəyişmək və Avropa Birliyinə və ya NATO-ya aparan bütün yolları bağlamaq niyyətindən başqa hansı sübutların lazım olduğunu bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*