Gürcüstan parlamentinin spikeri Rusiya haqqında: “Bu, güzəşt siyasəti deyil. Bu, səbrin strateji siyasətidir”backend

Gürcüstan parlamentinin spikeri Rusiya haqqında: "Bu, güzəşt siyasəti deyil. Bu, səbrin strateji siyasətidir"

“Biz, ümumiyyətlə, Rusiya ilə güzəşt siyasəti aparmırıq, bu, güzəşt siyasəti deyil, strateji səbir siyasətidir. Rusiya ilə diplomatik münasibətlərin bərpası məsələsinə belə baxılmır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Kviris Palitra” (“Həftənin palitrası”) qəzetinə müsahibəsində bildirib.

O, Rusiya ilə Gürcüstan arasında münasibətlərə toxunub: “Biz heç kimə heç nə güzəşt etmirik, heç kimlə heç nəyə görə sövdələşmirik, yalnız vətəndaşlarımızın mənafeyindən çıxış edirik. Bizim əsas məqsədimiz ölkənin birləşməsi və Avropaya inteqrasiyasıdır. Bu məqsədlərə nail olmaq üçün sülh və iqtisadi tərəqqi vacibdir. İqtisadi cəhətdən güclü olmasaq, daxili çəkişmələrimiz olarsa, ölkəni birləşdirə bilməyəcəyik, Avropa strukturlarının qapıları üzümüzə açılmayacaq. Kasıb və zəifləmiş ölkə nə abxazlar, osetinlər, nə də Qərb tərəfdaşları üçün maraqlı deyil”, – deyə Papuaşvili bildirib.

Eyni zamanda o, Rusiya Federasiyası prezidentinin viza rejiminin ləğvi və Rusiya ilə Gürcüstan arasında hava hərəkətinin bərpası ilə bağlı qərarını şərh edib. Papuaşvilinin dediyi kimi, “Putinin qərarının arxasında siyasi motiv dayanır, lakin bu motivasiyanın məqsədinin nə olduğunu müəyyən etmək çətindir”.

O, Rusiya vətəndaşlarının Gürcüstana gəlişindən də danışıb və qeyd edib ki, hökumət rusların gəlişi ilə bağlı mümkün təhlükələri diqqətdən kənarda qoymur.

“Dövlət təhlükələri müəyyən etmək üçün vəziyyəti diqqətlə izləyir. Heç bir təhlükənin reallaşmaması bizim yaxşı işimizin nəticəsidir”, – Papuaşvili bildirib.

Rusiya ilə diplomatik münasibətlərin bərpası məsələsinə gəlincə, Papuaşvilinin sözlərinə görə, bu, heç nəzərdən keçirilmir.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*