Gürcüstan Prezidentin Kopenhagendəki görüşündən yazdıbackend

Gürcüstan Prezidentin Kopenhagendəki görüşündən yazdı 

Gürcüstanın aparıcı ictimai televiziyası – “1Tv.ge”nin informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşündən material yayıb.

KONKRET.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan və gürcü dilində yayımlanan xəbərdə dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasındakı sülh razılaşmasına dair fikirləri əksini tapıb.

Prezident İlham Əliyevin nitqindən gətirilən sitatda deyilir ki, sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd edib və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb.

Xəbərdə, həmçinin bildirilir ki, görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen Prezident İlham Əliyevi Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik ediblər və bunun regionda dayanıqlı sülhün təmin olunmasına kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafının Avropa İttifaqı üçün mühüm prioritet olması barədə fikirlər də yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*