Gürcüstan Rusiyaya qarşı sanksiyalardan ölkənin zərər gördüyünü BƏYAN ETDİbackend

Gürcüstan Rusiyaya qarşı sanksiyalardan ölkənin zərər gördüyünü BƏYAN ETDİ

Gürcüstan Rusiyaya qarşı sanksiyalardan ölkənin zərər gördüyünü bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski bildirib.

O deyib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq olunarsa, ölkə iqtisadi cəhətdən zərər görəcək.

“Baxmayaraq ki, Gürcüstan iqtisadi baxımdan zərər görəcək, bizi sanksiyalar rejiminə keçməyə məcbur edirlər. Hələ hərbi baxımdan da zərər çəkməsi təhlükəsi var”, – deyə Volski bildirib.

Onun sözlərinə görə, Rusiyanın ziyan vurmaq üçün çoxlu resursları var. Volski əlavə edib ki, indi Gürcüstana “yalnız bizə zərər verəcək rejimə keçməyə təzyiq edirlər”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*