Gürcüstan üzərində rus təyyarəsindən TƏCİLİ SİQNAL – Geri qayıtmaq məcburiyyətində qaldıbackend

Gürcüstan üzərində rus təyyarəsindən TƏCİLİ SİQNAL – Geri qayıtmaq məcburiyyətində qaldı

Rusiyaya məxsus sərnişin təyyarəsi Gürcüstan üzərində təcili siqnal verib.

KONKRET.az xəbər verir ki, Rusiyanın “RusJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Gürcüstan hava məkanında təcili siqnal verərək geri dönmək məcburiyyətində qalıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Moskvadan havaya qalxan və Türkiyəyə istiqamətlənən təyyarə, uçuş zamanı nasazlıq səbəbilə geri qayıdıbfəlakət siqnalı verib.

Məlumatı “SHOT” Telegram kanalı yayıb. Kanalın mənbəyə istinadla verdiyi xəbərə görə, insident Dalaman–Moskva marşrutu üzrə hərəkət edən təyyarədə baş verib.

Hadisənin təfərrüatları və səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*