Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniya səfirini bir daha iğtişaşlarda iştirakda ittiham edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Tiflis merinin seçki qərargahına etirazçıların hücumu məhz Almaniya səfirinin dəstəyi ilə baş verib:
“Etirazçılar faşist şüarları səsləndirərək partiyanın qərargahına üçüncü dəfə hücum ediblər”.
Papuaşvili qeyd edib ki, ekstremistlərə dəstək və xarici səfirin zorakılığı pisləməməsi seçkilərə kobud müdaxilə nümunəsidir:
“Bu isə Vyana Konvensiyasının açıq şəkildə pozulması deməkdir”, – o vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az