Gürcüstanda 20 yaşlı qızı zorla qaçıran azərbaycanlılar SAXLANILDIbackend

Gürcüstanda 20 yaşlı qızı zorla qaçıran azərbaycanlılar SAXLANILDI

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin əməkdaşları qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iki azərbaycanlını saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, aparılan operativ istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş N. N və 1977-ci il təvəllüdlü R. M saxlanılıb.

Bildirilib ki, istintaq nəticəsində saxlanılan şəxslərin 2002-ci il təvəllüdlü F.O-nu evlənmək məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum etdiyi müəyyən edilib.

Məlumatda o da qeyd olunub ki, intensiv əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan qızın yeri müəyyənləşdirilib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə cinayət işi açılıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*